ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyini şübhə altına almasına və ölkədə “müvəqqəti hökumət”in yaradılmasına çağırışına “çox qəzəbli” olduğunu bildirib. O, Kremlin sülh danışıqlarını gecikdirəcəyi təqdirdə Moskvaya təzyiqləri artıracağı ilə hədələyib.
Amerika lideri bu sözləri “NBC News”-a müsahibəsində deyib. "Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək və bunun Rusiyanın günahı olduğunu düşünərəmsə - və olmaya da bilər - neftə, Rusiyadan gələn bütün neftlərə ikinci dərəcəli rüsumlar tətbiq edəcəyəm", - Tramp deyib.
Vaşinqton rəhbəri izah edib ki, yeni tariflər Rusiya neftini alan şirkət və ölkələrin ABŞ-də bizneslə məşğul ola bilməyəcəkləri anlamına gələcək.
"Bütün neftə 25%-dən 50 bəndədək rüsum tətbiq olunacaq", - Tramp əlavə edib. ABŞ Prezidenti həmçinin əmin edib ki, Putin bilir ki, bu cür hərəkətləri onu qəzəbləndirir. Buna baxmayaraq, o, Kreml rəhbəri ilə “çox yaxşı münasibətlər” saxladığını vurğulayıb.
"Mənim qəzəbim tez keçəcək... əgər o, düzgün hərəkət etsə", - Tramp deyib. Bundan əlavə, Amerika lideri bu həftə Putinlə danışmağı planlaşdırdığını jurnalistlərlə bölüşüb.
“AzPolitika.info”