Bakı şəhər sakini Bağırov Vüqar Yusif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə yaxın qohumu, deputat Əhliman Əmiraslanova, həyat yoldaşı Bağırova Hicran Firuddin qızına və deputatın oğlu Azər Əmiraslanova müraciət edir. Onun müraciətini olduğu kimi dərc edirik:
“Mən, Bağırov Vüqar Yusif oğlu, sizin sayt vasitəsilə yaxın qohumarım olan Əmiraslanovlar ailəsinə, xüsusilə də bibim Bağırova Hicran Firuddin qızına, həyat yoldaşı, deputat Əhliman Əmiraslanova və oğulları Azər Əmiraslanova müraciət edirəm, onlardan xahiş edirəm ki, başıma açdıqları oyunlara son qoysunlar. Əks halda, məcbur qalıb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edəcəm.
Vüqar Bağırov
Əlbəttə, mən də istəməzdim belə olsun, mətbuat vasitəsilə sizlərə müraciət edim. Amma sizlərdən cavab ala bilmədiyim üçün redaksiyaya üz tutmağa məcbur oldum.
Sizlərə də məlum olduğu kimi, çox böyük haqsızlıqla üz-üzəyəm. Bibim Bağırova Hicran Firuddin qızı başıma açılan bütün oyunlara şahiddir. Məhz bu səbəbdən də ondan xahiş edirəm ki, oğlunu başa salsın, mənim haqqım olanı versinlər.
Bu müraciətimin başqa yerə yozulmağını, yaxud da başqa cür başa düşülməsini istəmirəm. Mən heç kəsi şantaj etmirəm. Bu, qəti belə deyil. Lakin həmin ailə tərəfindən ciddi haqsızlığa uğramışam. Baxmayaraq ki, onlar öz bibim, bibim oğlu və həyat yoldaşıdır, mənim olanı mənə vermək istəmirlər.
Əgər bu müraciətim də cavabsız qalarsa, geniş şəkildə ictimaiyyətə məlumat verəcəyəm. Bağlı qalan bir çox məqamlar açıqlanacaq. Elə məqamları açıqlayacam ki, …”
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq