Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əmirullayev 5 min müəllimi işsiz qoyub, bəs nəsə dəyişibmi?

31-03-2025, 09:38   








"İndiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib". Bunu ötən ay Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov  açıqlamasında deyib.
Bu məlumat o qədər adi təqdim edilib ki, sanki 5 min insan işsiz qalmayıb. E. Bağırov və nazirlik deyə bilər ki, sertifikasiyadan keçməyi bacaraydılar. Lakin onlara işsiz qaldığı bu müddətdə heç bir sosial təminat verilməməsi də qeyd olunmalıdır. Sözügedən 5 min müəllim hər ay maaş alırdı. Bu, həm də 5 min ailənin gəliri deməkdir. Ancaq elm və təhsil naziri Emin Əmirullayev təhsildə islahat adı ilə illərdir ki, heç bir iş görmədiyi halda, 5 min müəllimi işindən edib. Guya təhsildə hər şey ideal imiş, qalıb bircə "saqqal darağımız". Axı təhsildə zərrə qədər inkişaf yoxdur. Məktəblərdə tədrisin keyfiyyəti aşağı səviyyədədirsə, 5 min müəllimin kənarlaşdırılması hansı müsbət nəticələr verib? Əlbəttə, o müəllimlər imtahandan keçməyiblər, yəni çox zəif nəticələr göstəriblər, amma onlardan sonra təhsilin inkişafında dəyişiklik varmı? Yox!
Bəs 5 min müəllimdən sonra nazir Əmirullayev inkişaf üçün hər hansı proqram, strategiya irəli sürübmü? O da yox!
Deməli, bu sertifikasiya imtahanı keyfiyyət dəyişikliyinə səbəb olmayıb. Yəni təhsilin bazara çevrilməsi ilbəil genişlənir. Əmirullayev isə əvvəlki nazirlərdən bu mənada fərqlənə bilmədi: məktəblərdə pul yığımı, direktorların özbaşınalıqları, A4 vərəqində tutmuş hər xırda ehtiyac üçün valideynlərdən pul istənilməsi həmişə olub, bu gün də var. O zaman, məktəb şagirdlərə nə verir? Əvvəl-axır repetitor hesabına ali məktəbə daxil olacaqsa, məktəbin şagirdin həyatında təsiri yoxdur.
O baxımdan, 5 min müəllim sadəcə işsiz qalıb, başqa heç nə. Üstəlik, nə kompensasiya ödənilib, nə işlə təmin olunmaqda hansısa təkliflər verilib. 5 min insanı çörəksiz qoymaq düzgündürmü? Hər halda, Qərb ölkələrində belə etmirlər, onlar üçün sosial paket olur, yaxud hansısa müavinət verilir. Bizdə isə hər şey Əmirullayevsayağıdır...

Azər Talıbov
Anaxeber.info 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar