Rusiyanın Kiyevdə "İsgəndər"lə vurduğu "Şah Plov" restoranı Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. Anaxeber.info bildirir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Bildirib ki, restoran 2015-ci ilin iyulunda Ağalar Vəliyevin qardaşı oğlu Vəliyev Ramin Şahbaz oğlunun 33.3 faiz pay ortaqlığı ilə Ukraynada qeydiyyatdan keçmiş AXSAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВІДПОВІДАЛЬНІСТЮ "АХСАН") tərəfindən alınıb və restavrasiya olunub. Ramin Vəliyev 2011-ci ildən fəaliyyət göstərən və faktiki olaraq Ağalar Vəliyevə aid AZİTAL MMC-nin də təsisçisidir.
Anaxeber.info