Daha bir jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

Bu gün, 09:15   



Ülviyyə Əli qərarla bağlı məhkəməyə müraciət edəcəyini deyir

Jurnalist Ülviyyə Əlinin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə jurnalistin özü məlumat verib.

Yanvarın 16-da “Amerikanın Səsi”nin jurnalisti Ülviyyə Əli (Quliyeva) Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə bağlı dindirilib.

Jurnalist bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulub.

Ülviyyə Əlinin sözlərinə görə, ona ölkədən çıxışına qadağa qoyulduğu barədə özü soruşandan sonra deyiblər.

“Ölkədən çıxışıma qadağa qoyulduğunu yalnız özüm soruşandan sonra dedilər. Bu isə müdafiə hüququmun təşkilinə mane olur, yəni vaxtında bundan xəbər tutmayanda məhkəməyə şikayət etmək (iddia) müddətini ötürə bilərəm. Bu qadağa sərbəst hərəkət etmə hüququmu da pozur. Bunu həm də jurnalist fəaliyyətimə təhdid kimi də qiymətləndirirəm”.

Ülviyyə Əli qərarla bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib.

Onun sözlərinə görə, hansısa medianın əməkdaşı olmaq cinayət deyil, lakin bu situasiyada qərar ona aydın deyil və əsassızdır, çünki o Meydan TV-nin əməkdaşı deyil.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar