Donald Tramp Rusiyanı vergi, rüsum və sanksiyalarla hədələyib

Bu gün, 08:25   


Rusiya-Ukrayna müharibəsinə son qoymağa çağıran Tramp yazıb ki, bu ölkəyə yaxşılıq etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukrayna ilə tez bir zamanda sülh razılaşması əldə etmədiyi təqdirdə yüksək vergi, rüsum və sanksiyalarla hədələyib.

“TruthSocial” sosial şəbəkəsindəki paylaşımında Tramp Rusiyanı incitmək istəmədiyini yazıb.

“Mən Rusiyaya zərər vermək istəmirəm. Radikal solçuların bütün bu uydurma “Rusiya, Rusiya, Rusiya” deyərək apardıqları kampaniyaya baxmayaraq, mən rus xalqını sevirəm və Prezident Putinlə həmişə yaxşı münasibətdə olmuşam. Unutmamalıyıq ki, Rusiya İkinci Dünya müharibəsində qalib gəlməkdə bizə kömək edib. Bununla yanaşı, müharibədə 60 milyona yaxın insan həyatını itirib”.

Rusiya-Ukrayna müharibəsinə dərhal son qoymağa çağıran Tramp yazır ki, o, Prezident Putinə və iqtisadiyyatı çökməkdə olan Rusiyaya çox böyük yaxşılıq etmək niyyətindədir:

“İqtisadiyyatı hazırda çökməkdə olan Rusiyaya və Prezident Putinə böyük bir yaxşılıq etmək niyyətindəyəm. Gəlin, bu axmaq müharibəni indi dayandıraq. Əks halda Putin vəziyyəti daha da pisləşdirəcək. Əgər biz “sövdələşmə” etməsək (Trampın orijinal yazısında bu söz dırnaq içərisindədir – red.) və tezliklə Rusiyanın satdığı hər şeyə yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa çarəm olmayacaq. Bu müharibə bitməlidir! Müharibəni asan və ya çətin yolla sonlandırmaq olar. Amma asan yol həmişə daha yaxşıdır”, – ABŞ-nin yeni Prezidenti bildirib.

Trampın postunda Rusiyaya və Ukraynaya başqa konkret təklif və ya çağırış yoxdur.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar