Binəqədidə qanunsuz tikinti aparılır-İcra başçısı isə…..

Dünən, 19:58   








Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov küçəsində qanunsuz tikinti aparılır.


XALQ.AZ xəbər verir ki, bu barədə Dosye.org saytı məlumat yayıb.

Ərazidə açıq-aydın qanunsuz tikintinin getdiyi və ağacların məhv edildiyi görünür. Aparılan tikintinin heç bir qanuni sənədi yoxdur.


Sözügedən qanunsuz tikinti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Naziliyi tərəfindən məhv edilmiş ağaclarla bağlı akt tərtib olunmuş, obiyektin sahibi isə cərmələnmişdir. Lakin cərmənin məbləği o qədər aşağıdır ki, təbiətə qənim kəsilənlər asan yollarla məsüliyyətdən yayına bilir.

Digər tərəfdən Binəqədi rayonunda qanunsuz fərdi evlərin tikintisinin də sürətlə davam etdiyi vurğulanır.

Məlumatlara görə, Binəqədidə qanunsuz tikintiyə nəzarət edən Tahir adlı şəxsdir. Bu rayonda kürsülü evin tikintisi 4-5 min manat, iki mərtəbəli evin tikintisi isə 9-10 min manat aralığında “qiymətləndirilir”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, 2018-ci ildən  Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir

facebook sharing button
twitter sharing button
whatsapp sharing button
messenger sharing button
telegram sharing button
vk sharing button
odnoklassniki sharing button
gmail sharing button
email sharing button
print sharing button
sharethis sharing button


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar