Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...

Bu gün, 15:00   



Keçən günlərdə məlumat verərək bildirdik ki, Xırdalan şəhər 1 nömrəli məktəbin müəllimləri şagirdlərdən BSQ (Bilik Səviyyəsinin Qiymətləndirilməsi) testləri üçün pul yığırlar. Məktəbin adı açıqlanmayan bir şagirdi bildirir ki, hər sinifdən bu testlər üçün 300 manat məbləğində pul tələb edilir. Bu isə haqlı olaraq valideynlərdə narazılıq yaradır.

"DİA-AZ" xəbər verir ki, bu pulyığımı məsələsi təhsil sistemimizin ənənəvi AĞRILI YERİ hesab olunduğundan sosial şəbəkələrdə də geniş müzakirə olunub. Həmin valideyn şərhjlərindən bəzilərini təqdim edirik. Qeyd edirik ki, valideyn kimi özünü təqdim edənlərdən b\əziləri hətta məktəbdəki pulyığımına haqq qazandırmağa da çalışıb. Beləliklə...

Tural Səfərli: Bilirsiniz ki, 40 manat sinif rəhbəri üçün yığılan puldan 32 manat alınır... Məktəblərin heç biri summativi dərc etmir... Müəllim bu pulu hardan verməlidir ki?

Jalə: Bu il uşaqlarımı bu 1 saylı məktəbə qoymaq istəyirdim. Amma yhamı deyir ki, qoyma... Adı çıxıb məktəbin ki, burada təhsil vermirlər... ancaq pul yığırlar...

Kəmalə Bağırova: Uşaqların yazacagi summativlərin pulunu müəllim ödəməlidir?Bu ölkədə pulsuz nə var? Əgər müəllimə dövlət printer, notbuk,və vaxtlı vaxtında A4 vərəqləri verirsə onda valideyn haqlıdır.

Əliyeva: Bir zamanlar yoxlama yazı pulu verilirdi maaşından əlavə sonradan o pul kəsildi. Elə müəllim var 300 manat maaş alır təkbaşına ailə saxlayır, bu cür yaşayış tərzi olan 5 qəpiyini "ksq"-yə, "bsq"-yə verməyə qıymaz...

Nuranə Müəllimə: Məktəblər doğru-düzgün infrastrukturla təmin olunsa heç kim yediyi qaba tüpürməz...

Valideynlərdən biri: 100 şagirddən 300 manat... eləyir 30 min manat... Yaxşıdır ki...
Elə özüm 20 manat dünən vermişəm 11 çi sinif summativinə... Xırdalandakı 1 nömrəli məktəb açıq bazardır...

Digər bir valideyn: Bəli, düzdür bizə də qan uddurur bu Arifə Balakişiyeva... Qorxusuda yoxdu kimsədən... Çəkinmədən hamıdan pul alır...

***

Məsələ diqqətimizdədir...

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar