Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyevlə Putin arasında nə baş verir? - Liderlər susur, adamları döyüşür...

Bu gün, 09:26   






Bakı və Moskva güc nisbətində tərs mütənasibdir. Amma iki aydan çoxdur ki, başa-baş hibrid mübahisə gedir. Buna əsəb savaşı da demək olar. Hərgah, liderlər səviyyəsində susqunluq heyrətamizdir. Nə Əliyev, nə Putin danışır. Onların yerinə danışan - deputatlar, bəzi rəsmilər, media və atılan addımlardır. Bir növ proksi qarşıdurma da demək mümkündür. Rusiya və Azərbaycan harada toqquşub, harada dayanmağı bilən liderlərə malik ölkələrdir. Ona görə də bu prosesin ötən ilin 25 dekabrından başlamasına baxmayaraq, hansısa ayın 25-də başa çatacağı istisna deyil. Axı gərginlik hara və nə qədər davam edə bilər?! Deməli, yorulma və nəyisə qoparma mərhələsindəyik. Bakı rəsmi iki tələb irəli sürür: təzminatı ödə və təyyarəni vuranları tut!
Rusiya isə demək istəyir ki, Putinin zəngi və üzrxahlığı yetər, daha artığını etmək fikrində deyilik. Yəni yekəxanalıq var. Amma üzdə görünən bundan ibarətdir. Bəzi analitiklər daha fərqli versiyalar irəli sürür - birincisi, Prezident Əliyevin Rusiyaya getdiyi gün hadisənin baş verməsi; ikincisi, Kremlin Bakının müstəqil addımlarını özünə qarşı qiymətləndirməsi. Deməli, hər iki tərəf qəzəblidir. Azərbaycan sual edir ki, prezidentin MDB iclasına getdiyi gün bu cinayətin səbəbi nədir? Rusiya isə soruşur ki, niyə hər şeydə bizimlə deyilsiz? Yəni Zəngəzur dəhlizinə ordu yeridin, bunu da Azərbaycan etməyəcək, Türkiyədən uzaqlaşın, yəni Suriya və Ukrayna üçün Ankara ilə bərabər hərəkət etməyin, Bakının belə öhdəliyi də yoxdur. Amma ümumilikdə soyuqluq pik həddədir və Rusiya Azərbaycanı tam nəzarətində görür. Lakin Belarus olmaq kimi niyyətimiz yoxdur və müttəfiqlərimiz bizi regionda tək qoymazlar. Bununla da Rusiyanın əvvəlki olmadığı göz qabağındadır. Onu kimsə saymır və dialoq apardığı ölkələr azalır. Artıq Cənubi Qafqaz ölkələri Rusiya ilə başqa dildə danışırlar. Bəli, Ukrayna müharibəsi Rusiyanı strateji məğlubiyyətlərlə üz-üzə qoyur və hər cəbhədə itirir. Strateji məğlubiyyət də məhz belə olur. Qalır, özünün tam çöküşü... Belə yerdə Markesin məşhur "Polkovnikə heç kim yazmır" povesti yada düşür. Artıq belə desək, üzərində həbs orderi  olan və xüsusi tribunalı qurulan Putinə də heç kəs yazmır...




Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar