Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İqtisadçı tıxacla bağlı: 'Hökumət bundan istifadə edib qiymətləri qaldırmamalıdır'

Bu gün, 13:04   



Deputat: "Zaman göstərəcək"

Milli Məclisin deputatı Aqil Abbas mövzu ilə bağlı "Turan"a bildirib ki, həmin planın tıxaclar probleminin həll edilməsində faydalı olub-olmayacağını zaman göstərəcək: "Amma hər halda çalışırlar ki, problem həll olunsun. İslahat aparılır. Hazırda hansı yollarda tıxacların daha çox olduğunu müəyyənləşdirirlər".

Deputat bu tədbirlərin nəticəsində gediş haqqının artacağını düşünmədiyini qeyd edib.

"Özəl sektorda bunu necə edəcəklər?"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna açıqlamasında diqqəti ölkədə 1.7 milyon rəsmi muzdlu işçinin olmasına çəkib: "Digərləri ya müqaviləsiz ya da fərdi sahibkar kimi çalışır. Büdcədən maliyyələşən sektorda 900 mindən artıq insan çalışır ki, onların iş qrafikini hökumətin dizayn etməsi daha asandır. Amma özəl sektorda bunu necə edəcəklər? Özəl sektor öz gəlirlərini düşünür və iş qrafikini özünə sərf edən tərzdə müəyyənləşdirir. Dövlətin bunun təsir qüvvəsi yoxdur".

O hesab edir ki, dövlət sektorunda çalışanları daha rahat şəkildə sərbəst qrafikə keçirə bilərlər: "Bu da müəyyən dərəcədə tıxaclara təsir göstərə bilər. Amma burada başqa suallar çıxır. Təhsil sektorunda bunu necə edəcəklər? Gərək məktəblərdə müxtəlif siniflər müxtəlif saatlarda dərsə başlasınlar. Bunu necə dizayn edəcəklərini hələ ki təsəvvür edə bilmirəm".

Natiq Cəfərli
Natiq Cəfərli

"Başqa bir yanaşma da var"

Nəqliyyatda gediş haqqı ilə bağlı məsələyə gəldikdə, N.Cəfərli qeyd edib ki, hər zaman Azərbaycan hökuməti belə təkliflər irəli sürərkən beynəlxalq praktikadan misal gətirirlər: "Doğrudan da, bəzi ölkələrdə belə yanaşmalar var – fərqli saatlarda fərqli gediş haqqı tətbiq olunur. Amma həmin ölkələrdə başqa bir yanaşma da var. Gediş haqqı bir dəfəyə görə hesablanmır. Gediş haqqı saatlıq, günlük, həftəlik, aylıq olur. İllik gediş haqqı kartını alanda o zaman bir gediş haqqı daha ucuz başa gəlir".

İqtisadçının sözlərinə görə, hökumət bu sistemə keçəcəksə, bu, pozitiv bir hal olacaq: "Hökumət bundan istifadə edib qiymətləri qaldırmamalıdır".


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar