Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ədalət Vəliyev: “İqtidar ilə müxalifət arasında xarici vasitəçiyə ehtiyac yoxdur”

Dünən, 08:34   


“Siyasi dialoq mühitinin bərqərar olunması ilə bağlı ali siyasi iradə mövcuddur”.

“Siyasi partiyaların fəallığı və ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində iqtidar ilə müxalifət arasında işlək təmasların qurulması üçün artıq hər-hansı bir xarici təşkilata və ya vasitəçiyə ehtiyac duyulmur”.

Bunu Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.

Ədalət Vəliyev bunu siyasi dialoqun ən böyük uğurlarından biri hesab edir. Onun sözlərinə görə, bu amil müstəqil siyasətin aparılması üçün tutarlı zəmindir. Şöbə müdiri deyib ki, ötən 5 ildə siyasi partiyalarla birlikdə adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin yol qət edilib:

“Etibarlı tərəfdaşlıq hamımızın böyük nailiyyətidir. Bu yolda çətinliklər olub, təxribatlar da yaşanıb, ancaq biz dövlət və cəmiyyətin inkişafı, habelə yaşanan həmrəylik mühitini qorumaq naminə bütün sınaqlardan keçdik. Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi”.

PA rəsmisi bildirib ki, siyasi dialoq mühitinin bərqərar olunması ilə bağlı ali siyasi iradə mövcuddur. Şöbə müdiri deyib ki, 2024-cü ildə baş vermiş önəmli hadisələrdən biri də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər olub:

 “Parlament tariximizdə ilk dəfə olaraq 26 siyasi partiyadan 25-i seçkidə namizədlərlə iştirak etmiş, iştirakçılıq 99% olub”.

PA rəsmisi bildirib ki, bu göstəricilər dayanıqlı demokratik ənənələrin formalaşmasına xidmət edir:

“Əsas odur ki, ölkəmizdə siyasi dialoq mühitinin bərqərar olunması ilə bağlı ali siyasi iradə mövcuddur. Bütün xarici təzyiqlərə və qərəzli manipulyasiyalara rəğmən, ölkəmizdə siyasi müxtəliflik mövcuddur və siyasi partiyaların inkişafı üçün fundamental əsaslar təmin olunur. İdeoloji müstəvidə aparılan təxribatların isə qarşısı dərhal alınır. Burada heç bir güzəştdən söhbət gedə bilməz”.

Prezident İlham Əliyev 2023-cü ilin yanvarında “Siyasi Partiyalar haqqında” qanunu təsdiqləyib. Qanun təsdiqlənənə qədər Azərbaycanda 59 siyasi partiya qeydiyyatda idi.  Həmin vaxtdan sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılıb. Həmin partiyaların rəhbərləri isə bu barədə məlumatları hökumətə yaxın media orqanlarından öyrəniblər.

Hazırda Azərbaycanda 26 siyasi partiya fəaliyyət göstərir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar