Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Bakının ictimai nəqliyyatı bütün parametrlər üzrə qarlı hava şəraiti sınağından üzü qara çıxdı” - AÇIQLAMA

Dünən, 18:15   






“Bakının ictimai nəqliyyatı bütün parametrlər üzrə qarlı hava şəraiti sınağından üzü qara çıxdı. Ağ qar ictimai nəqliyyatın ömrünü qara etdi”

 

Pravda.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “103 FM”də yayımlanan “Düzgün hərəkət” verilişində deyib.

Ərşad Hüseynov: “BNA-nın dayanma-durmaya görə məsuliyyətə cəlbetmə  səlahiyyəti ləğv olunmalıdır” Pravda.az

“Quruma sual verirlər ki, qış təkərləriniz var idi? Düz əməlli cavab vermirlər. Deyin görək, qış təkərləriniz var idi, ya yox idi? Mən onların əvəzinə deyə bilərəm ki, yox idi. Məlumat veriblər ki, 40 avtobusumuz qəzaya düşüb. Deyirlər ki, sınaq şərtinə uyğun təkərlərdən istifadə edirik. Hə, belə təkər var, amma nə təkərdir? Hər halda nəsə fikirləşmək olardı. İnsanlar küçələrdə qaldılar. Üstə gəl, bu gün də dayanacaqların hamısı su, palçıqdır...”, - o bildirib.

 

Qeyd: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir.

 

Aytəkin Qardaşova


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar