Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..

Bu gün, 10:35   


Dünən haqqında yazdığımız şirkət rəhbəri Rəşid (ərəb) qardaşımız Azərbaycana ova tək gəlməyibmiş, sən demə... "DİA-AZ" xəbər verir ki, onun yanında Dubay şeyxləri də var!

DÜNƏNKİ YAZI: ANA TƏBİƏTİMİZ QURBANDIR BU ƏRƏB OLİQARXA... - Sözün əsl mənasında...
 

Xatırladaq ki, 2021-ci ildə eyni qrup Acınohurda olarkən bu sözləri yazmışdıq: "Fotodakı iki şəxs Şeyx Zayed ibn Məhəmməd ibn Butti əl-Həmid və qardaşı Saifdir. Onlar Dubaydakı hakim ailənin üzvləridir. Siz həqiqətən inanırsınız ki, @Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunları cərimələyə bilər?"

4 il sonra dəyişən heç nə yoxdur! Həmin şeyx (Zayed ibn Məhəmməd ibn Butti əl-Həmid) yenidən Azərbaycandadır, ovladığı bəzgəklə bir yerdə fotosunu da bölüşüblər!

Qeyd edək ki, bu arada bizim möhtəşəm Ekologiya və Təbii Sərvətlər Nazirliyimizin iradəsində də dəyişiklik olmayıb təbii ki! Halbuki Muxtar Babayev artıq nazir deyil və nazirlik müavin tərəfindən yönləndirilir. Amma buna rəğmən, aylardır bağlı qalan ov mövsümünün şeyx və qrupu gəlməzdən biraz öncə açılması da ayrı mövzudur.

Onu da qeyd edək ki, həmin hakim ailəyə məxsus "Green Mile Safari" adlı ov turizmi şirkəti 2014-cü ildə heyvanlarla amansız rəftara (bala zebranın ovlanması kimi) görə Tanzaniyada da qalmaqala səbəb olmuşdu və nəticədə Tanzaniya höküməti şirkətin fəaliyyətini dayandırmışdı!

Bizdə isə rahatdırlar...

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar