Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xətaidə qanunsuz tikintinin qarşısı dərhal alındı - Reaksiya

Dünən, 09:50   






Bakının Xətai rayonu, Sarayevo 26 ünvanında yerləşən parkın ərazisində qanunsuz tikintiyə hazırlıq görüldüyü xəbəri yayılmışdı. Yerli sakinlər həyəcan təbili çalaraq bunun qarşısının alınmasını xahiş etmişdi. Bildirilirdi ki, adı məlum olmayan sahibkar parkda yaşıllıqları qırmağa, yerində iaşə obyekti tikməyə hazırlıq görür. Bu müraciətə qoşulanlar arasında Anaxeber.info saytının baş redaktoru, yerli sakin Azər Talıbov da var idi.  Bu məsələ ilə bağlı rayon rəhbərliyindən redaksiyamıza bildirildi ki, bununla bağlı hər hansı sərəncam, tikintiyə icazə verilməyib. Qeyd olundu ki, sahibkar qarlı hava şəraitindən sui-istifadə edərək ərazidə qanunsuz iş görməyə başlayıb, lakin artıq bu prosesin qarşısı alınıb, iş dayandırılıb.



Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar