Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT - AXI NİYƏ?..

Bu gün, 08:50   


Naxçıvan Mərkəzi Xəstəxanasında gecə növbəsində çalışan tibb bacılarının "yuxupulu" kəsilib. Bununla yanaşı, kamera nəzarəti gücləndirilib. Gecə iş arasında dincini almaq üçün bir neçə dəqiqə oturan tibb bacıları səhər kamera görüntüləri vasitəsilə müəyyən edilir, cəza olaraq maaşlarından pul tutulur.
Ancaq məsələ bununla da bitmir. Baş tibb bacısına aylıq 30-40 manat verənlərə güzəşt olunur – onlar hətta növbə zamanı yata bilirlər. Bu haqda "Gündəlik Naxçıvan"a tibb bacıları məlumat verib.
Əmək Məcəlləsinə əsasən, gecə növbəsində çalışan işçilərə əlavə ödəniş edilməlidir. Lakin tibb bacılarının sözlərinə görə, onlardan kəsilən pullar xəstəxana rəhbərliyinin cibinə gedir.
"Əgər bizə çatacaq "yuxupulu"nu vermirlərsə, niyə bizi cərimələyirlər? Biz də insanıq, yoruluruq, işimizi bitirib bir az oturmaq istəyirik. Biz rəhbərlikdən hesabat tələb edirik! Son 8 ayda maaşlarımız qanunsuz şəkildə iki dəfə azaldılıb. İndi də bizə gözdağı verirlər. Sanki demək istəyirlər ki, maaşınızı kəsmək azdır, danışsanız, daha betər olacaq."
Tibb bacılarının dediyinə görə, kamera görüntülərinə nəzarət edən baş tibb bacısı hər gün səhər işçiləri izləyir, "qayda pozanları" rəhbərliyə təqdim edir.
"Tutu xanımın işi gün boyu kamera görüntülərini araşdırıb, oturanları tapmaqdır. Sonra direktorun yanına çağırıb bizə töhmət verdirir, maaşımızdan pul tutulur. Amma bəzi tibb bacılarından aylıq rüşvət alır. Onlar gecə növbəsində yatsalar da, heç kim onlara söz demir. Biz isə bir neçə dəqiqə belə otura bilmərik.
Bu yolla bizi də rüşvət verməyə məcbur edirlər. Yəni, pulunuzu verin, siz də nə istəyirsiniz edin. Tutu xanıma "gözün üstündə qaşın var" deyən yoxdur. Çünki tibb bacılarından və xadimələrdən aldığı rüşvəti direktorla bölüşür.
Bütün bunların arxasında yerli səhiyyə naziri dayanır. Samir Sadıxov nazir gələndən sonra hər addım rüşvətlə atılır."
Tibb bacıları Azərbaycan Səhiyyə Nazirliyinə müraciət edərək onlardan kəsilən pulların geri qaytarılmasını tələb edirlər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar