Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Amal Group” MMC-nin maliyyə qalmaqalı – MİLYONLARLA DÖVLƏT VƏSAİTİ NECƏ TALAN EDİLİR…

Dünən, 20:37   



“Amal Group” MMC-nin maliyyə qalmaqalı – MİLYONLARLA DÖVLƏT VƏSAİTİ NECƏ TALAN EDİLİR…

Bu şirkət Qubadlıda podratçının ödənişini niyə vermək istəmir?

“Amal Qrup” MMC 2024-cü ilin may ayında Qubadlıda Zilanlı kəndinin tikinti quruculuq işləri ilə bağlı tender nəticələrinin qalibi olub. Nəticələrə əsasən, “Amal Group” Qubadlının Mahrızlı və Zilanlı kəndlərini inşa etməli və hətta bir müddət öncə təhvil verməliydi. Ancaq şirkət dövlətdən aldığı pulları mənimsəyərək, digər yarım qalmış işlərinə yönləndirib, aylarla ərazidə tikinti işlərini həyata keçirən şirkətləri isə ödənişlərini verməyib. Nəticədə 100-lərlə işçi zəhmətinin haqqını ala bilmədiyi üçün Qubadlıda etiraz aksiyaları keçirmiş, ödənişlərini almayacaqları təqdirdə özlərini yandıracaqları ilə hədələmişlər. Baş verən hadisələr video lentə alınaraq sosial şəbəkələrdə paylanılmışdır.

Lakin etiraz aksiyaları "tez bazar" yatışdırmaq, baş verən qanunsuzluqların çox "səs-küyünün" çıxmamasını arzu etməyən  “Amal Group” rəhbərliyi hardansa bir neçə yüz min manat pul taparaq, qanunsuz şəkildə işçilərə ərazidə nəğd ödənişlər həyata keçirərək ödəmişdir. Halbuki, bu qanunsuzluq, həm də cinayət faktıdır.

Bütün bunlarla bağlı “Hürriyyət”ə açıqlama verən UPSİLON MMC-nin səlahiyyətli nümayəndəsi Rəşad Quliyev bildirib ki, “Amal Group”-un qanunsuzluqları bununla bitməmiş, müqavilə imzaladığı şirkət və subpodratçı şirkəti də 3 ay ərazində ağır şərtlər altında işlətmiş, onların da gördüyü işləri heçə sayaraq ödənişlərini həyata keçirməmişdir. Nəticədə UPSİLON MMC həm işçilər, həm də dövlət qarşısında ciddi şəkildə borclanmışdır. Məhz bu səbəbdən UPSİLON şirkətinin 200 000 manatdan çox dövlətə qarşı borcu yaranmışdır. Beləliklə, dövlətin vəsaitini məqsədinə uyğun xərcləmədiyi üçün “Amal Group” qanunsuzluq etmişdir.

Artıq bununla bağlı rəsmi strukturlara UPSİLON MMC rəhbərliyi tərəfindən müraciət olunmuşdur. Bu azmış kimi, şirkət digər bölgələrdə fəaliyyət göstərən istehsal müəssisələrinə, işə götürdüyü briqadalara da ödəniş etməmiş, "arxamda gücüm var" deyərək, hər kəsə meydan oxumaqda, belə desək, ölkədə “meydan sulamaqda”dır. "Burada mənəm, Bağdadda kor xəlifə" məsələsi ilə davranan “Amal Group” bu günə qədər UPSİLON şirkətinə yaranmış olan 2 milyona yaxın vəsaiti ödəməkdən boyun qaçırır.

Bu azmış kimi, UPSİLON şirkətinə məxsus əmlakları mənimsəyən, özlərində faktiki girov saxlayan “Amal Group” rəhbəri Orxan İbrahimli nə qanun tanıyır, nə qayda.

Yalnız hər bəhanə ilə ödəmə etməyən, başqa şirkətə məxsus avadanlığı mənimsəyən, faktiki olaraq girov saxlayan və öz qaydalarına diqtə etdirməyə çalışan Orxan İbrahimli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, nə müqavilə şərtinə əmək edir, nə də UPSİLON MMC-yə məxsus əmlakları qaytarmaqdan imtina edir.

“İndi sual olunur, dövlət vəsaitini məqsədinə uyğun xərcləməyən, tenderdən qazandığı pulu işi icra edən şirkətə ödəməyən, subpodratçının inventarlarını girov saxlayan və ya mənimsəyən şirkət öz qanunsuzluqlarına necə haqq qazandıracaq və kimə güvənərək bu addımları atır?”, - deyən Rəşad Quliyev sonda onu da əlavə edir ki, istənilən şəxslərə bu haqda rəsmi sübutları təqdim etməyə hazırdır.

“Hürriyyət”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar