“İndigo” Körpələr Evi-Uşaq bağçasının rəhbəri Samirə Muxtar qızı Dünyamalıyevadır. Nazirliyin qrant müsabiqəsində bu adla iki yer (Nizami rayonu, Şirin Mirzəyev küç 56A və Xətai rayonu və general Əliağa Şixlinski küçəsi 55 ünvanları) qazanıb, direktorun adına olan digər bağça da müsabiqənin qalibi olub. S.Dünyamalıyeva həm də “Bağçam” şəbəkəsinin qurucusu və baş direktoru kimi də fəaliyyət göstərir.
Samirə Dünyamalıyevanın qanuni təmsilçisi olduğu “Körpə Ulduz” Uşaq Bağçası da müsabiqənin qalibi olub. Bağça Nizami rayonu, R.Rüstəmov küçəsi 44D ünvanında fəaliyyət göstərir.
“Kinder İsland” Körpələr Evi-Uşaq Bağçası Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ticayət Qəmbərov ev 16, mənzil 1 ünvanında fəaliyyət göstərir. Rəhbərliyi barədə məlumat yoxdur.
“Nağıl S” Uşaq Bağçası Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 11 D, giriş C, 2-ci mərtəbəsində fəaliyyət göstərir. Rəhbərliyi barədə məlumat yoxdur.
“Story Time” Uşaq Bağçasının qanuni təmsilçisi Məmmədzadə Sahibə Adil qızıdır. Xətai rayonu, M.Hadı küç 92 B, mərtəbə 1, qapı 1 ünvanında fəaliyyət göstərir.
“Yuvam” Körpələr Evi-Uşaq Bağçasının qanuni təmsilçisi Nəbiyeva Ədalət Ənvər qızıdır. Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, bina 4 ünvanında fəaliyyət göstərir.
“Barama” Körpələr Evi-Uşaq Bağçası 16.07.2024-cü il tarixində dövlət qeydiyyatından keçib. Nazirliyin qrant müsabiqəsində 4 yer qazanıb: Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92a; Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 1; Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 4; Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 113A. Hər 4 bağçanın qanuni təmsilçisi Ocaqquliyeva Lalə Baloğlan qızıdır. Bağçalar “Landau School”un tərkibində fəaliyyət göstərir.
“Zəfər” liseyi Təhsil Kompleksi Abşeron rayonu Masazır kəndi, V.Quliyev küçəsi, “Yeni Bakı” yaşayış kompleksində fəaliyyət göstərir. “Landau Education Group”un yeni layihəsi olan “Zəfər” liseyinin direktoru Tural Abasquliyev olduğu deyilir. “Zəfər” liseyinin 2 korpusu mövcuddur: “Zabrat” (Zabrat-Pirşağı yolu, “Xəzər Bağları” Yaşayış Kompleksi) və “Xırdalan” (Xırdalan şəhəri, “Absheron City” Yaşayış Kompleksi). Amma bir bağça üzrə qalib olub.
“Barama” Körpələr Evi-Uşaq Bağçası və “Zəfər” liseyi Təhsil Kompleksinin adları fərqli olsa da, eyni şirkətə tabeçiliyində fəaliyyət göstərirlər.
Qeyd edək ki, 1 noyabr tarixinə kimi Azərbaycan dili üzürə sözügedən bağçalarda valideynlər uşaqlarını qeydiyyatdan keçirəcəklər.
Qrant müsabiqəsinin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində (bundan sonra: iştirakçı) boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Qrant müsabiqəsinin büdcəsi 3 750 000 AZN təşkil edir. Layihəyə görə hər uşağa dövlət tərəfindən 250 mananat aylıq yardım ediləcək.
Amma qrant müsabiqəsində 50-dən çox bağça iştirak etdiyi halda 26 bağçanın hansı meyralarla seçilməsi də sual altındadır. Bununla belə, bir adamın adına olan bir neçə bağçanın müsabiqənin qalibi elan edilməsi də sual doğurur.
Digər bir məsələ aylıq ödənişlərlə bağlıdır. Məsələn, Masazır kəndi, V.Quliyev küçəsi, “Yeni Bakı” yaşayış kompleksində fəaliyyət göstərən “Zəfər” liseyi Təhsil Kompleksində Azərbaycan dili üzrə aylıq ödəniş 300 manat olduğu halda, nazirlik siyahıda 350 manat (250 manat nazirlik, 100 manat valideyn) göstərib. Digər adları çəkilən əksər bağçalarda da rus və Azərbaycan dili üzrə aylıq ödənişlər eynidir. Bu halda sual olunur ki, bağçada hazırda məcburi təhsil alan aztəminatlı uşaqlara da bu güzəştlər şamil olunacaqmı?