“Xalq Bank” batır: 9 aya 0.2 min manat gəlir…

16-10-2024, 14:06   


“Xalq Bank” batır: 9 aya 0.2 min manat gəlir…
Manşet
532



“Xalq Bank” ASC 2024-cü ilin 3-cü rübü üzrə maliyyə vəziyyətini açıqlayıb. Tribunainfo.az bildirir ki, bank bir çox göstəricilər üzrə ciddi gəlir əldə etdiyini qeyd etsə də, real mənzərə durumun ağır olduğunu göstərir.
Belə ki, bank açıqladığı hesabatında bildirir ki, 9 ayda 136,4 milyon manat xalis faiz gəliri əldə edib. Bu gəlirin də 95,4 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub.
Bank bir sıra parametrlərdə də “irəli”də olduğunu vurğulayaraq, bir sıra rəqəmlər üzərində oynayıb. Məsələn, gəlirlərinin artdığın bildirən “Xalq Bank” hesabatında vurğulayıb ki, faiz xərcləri 12,7 milyon manat (54%) artaraq 36 milyon manata yüksəlib. Və bu artımların 27,4 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil etdiyini bildirib.
Bankı xalis faiz gəlirləri artsa da, qeyri-faiz gəlirləri 32,1 milyon manat, xərcləri isə 68,5 milyon manata çatıb. Nəticədə, ötən illə müqayisdə bu mənfi yöndə artım 11,6 milyon manat və ya 57% faiz təşkil edib. Eyniylə, xərcləri də ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6 milyon manat və ya 25 faiz artaraq, bank üçün əlavə sıxıntılar yaratmağa başlayıb.
Bankın başqa xərcləri də artıb. Triubunainfo.az xəbər verir ki, bu sırada amortizasiya xərcləri 5,9 milyon manata bərabər olub. Digər xərcləri isə 5,7 milyon manat və ya 36%-ə yüksəlib.
Bankın real vəziyyətini isə elə “Xalq Bank”ın hesabatında açıqlanan bu rəqəm təsdiqləyir. Həmin hesabatda qeyd edilir ki, “Bank 11,4 milyon manat mənfəət vergisi ödənişindən sonra 3-cü rübü 54 milyon manat xalis mənfəətlə tamamlayıb. Ötən ilin eyni rübündə 53,8 milyon manat xalis mənfəət əldə edilib ki, bu da 0,2 min manat artım deməkldir”.
Yəni, “Xalq Bank” ötən illə müqayisədə cəmi 0.2 min manat gəlir əldə edib. Hər halda bunu uğur kimi təqdim etmək mümkün deyil. Çünki iddialı bir bankın 9 ayda cəmi 0.2 min manat gəlir etməsi, onun gələcək fəaliyyətini sual altına qoyur. Onu da bildirək ki, müşahidəçilər “Xalq Bank”ın indiyə qədər belə vəziyyətdə olmadığını qeyd edirlər.
Xatırladaq ki, “Xalq Bank”ın İdarə Heyəti sədrinin Kamran Nazim oğlu Məcidovdur. Uzun illər İdarə Heyətinin sədri vəzifəsində çalışan Elxan Muradxan oğlu Ağayev isə Bankın Müşahidə Şurasının üzvü seçilib.
Kamran Nazim oğlu Məcidov 1982-ci il iyun ayının 29-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Xəzər Universitetinin Maliyyə və Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.