"Kimsəsiz" dilənçinin milyonları qohumlarına verildi

11-01-2015, 16:45   
"Kimsəsiz" dilənçinin milyonları qohumlarına verildi
Türkiyənin Konya vilayətində küçələrdə yaşayıb, dilənçilik edən kişinin bankdakı 1 milyon 85 min türk lirəsi pulu qohumlarına verilib.

Musavat.com-un məlumatına görə, “kimsəsiz” və ya “Sellofanlı dədə” kimi tanınan Mehmet Keleşi avtobus vuraraq, öldürüb.

Vəkil əslən Çorumlu olan Mehmet Keleşin topladığı pulun dilənçilikdən əldə etdiyini irəli sürərək, dövlətdə qalması üçün rəsmi qurumlara müraciət edib. Bələdiyyə isə bildirib ki, Mehmet Keleşin dilənçilik etdiyinə dair hər hansı bir inzibati akt yoxdur.

İxtisasca atom mühəndisi olduğu bildirilən, paltarın üstündən üşüməmək üçün sellofan geyinən və buna görə də “sellofanlı dədə” kimi tanınan Mehmet Keleşin aparılan araşdırmadan sonra dövlət banklarında 1 milyon 85 min lirəsi olduğu məlum olub.

Qeyd edilib ki, “Sellofanlı dədə”nin 3 bacısı olub, onlardan ikisi ölüb. İki dəfə ailə quran Keleşin ovladı olmayıb. O, ikinci arvadından da boşanaraq küçələrdə yaşamağa başlayıb. Konyada küçələrdə yaşayan, camaatın verdiyi yeməklə qarnını doyuran, aldığı pulları yığan Keleş pullarını bir dükan sahibinin köməkliyi ilə banka qoyub.

Bəziləri isə bildirir ki, Keleş pul aldığı adamların arxasından“Kütbeyinlərə acımayacaqsan” deyirmiş.

Qəzadan sonra yaşlı adamın bank hesabını polisə təslim edən dükan sahibi Mehmet Keleşin ağıllı biri olduğunu bildirərək deyib: “Məmməd əminin ağlı yerində idi. Camaatın verdiyi pulları toplayıb, 15-20 min lirə olanda aparıb banka qoyurdu. Bəzən tanınmamaq üçün ayaqqabı boyasıyla saqqallarını qaraya boyayardı. Bank müdirləri onu otaqlarında qarşılayardılar”.

Mehmet Keleşin öldüyünü qəzet və televiziya xəbərlərində görən yaxınları Konyaya gələrək meyiti təhvil alıblar. Keleşi bir neçə dəfə evlərinə aparmaq istədiklərini dilə gətirən yaxınları, ancaq özünün bunu qəbul etmədiyini və uzaqda yaşamağa üstünlük verdiyini bildiriblər.

"Kimsəsiz" ləqəbli dilənçinin bankdakı pulu onun 17 qohumu arasında bölünüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.