“Mən hesab edirəm ki, indi söhbət yeni mərhələyə keçməkdən və Qarabağa münaqişəsinə dair kompromislərdən getməlidir”. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyadakı Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış politoloq Sergey Markov Ermənistanın Avrasiya İttifaqına rəsmən qoşulmasının onun təhlükəsizliyi üçün hansı üstünlüklər yarada biləcəyi barədə sualı cavablandırarkən deyib.
“Elə bir kompromisə getmək lazımdır ki, formatı belə olsun: Ermənistan Dağlıq Qarabağ ətrafındakı Azərbaycan əraziləri qaytarır, əvəzində izolyasiyadan çıxır və iqtisadi əməkdaşlıq yaradılır. Fikrimcə, bu, müvəqqəti anlaşma olsa da, böyük bir güzəşt variantıdır və mümkündür”, - deyə politoloq qeyd edib.
Onun qənətincə, yalnız belə bir anlaşmanın baş tutacağı təqdirdə situasiya sabitləşəcək, erməni tərəfinin itkiləri olmayacaq.
Musavat.com