Kriminal avtoritetlərin qətlləri Hollandiyaya qədər uzandı

11-01-2015, 22:12   
Kriminal avtoritetlərin qətlləri Hollandiyaya qədər uzandı
Türkiyədə ötən il dekabrın 24-də iki kriminal avtoritetin qətli ilə bağlı yeni məlumatlar yayılıb.

Musavat.com-un məlumatına görə, əvvəl İstanbulun İstinye səmtində qırmızı işıqda dayanan Əli Əkbər Akgün “Bentley” markalı maşınında güllələnərək öldürülüb. Doqquz saat sonra isə kriminal aləmin tanınmışlarından Sədat Şahinin qardaşı Vedat Şahin Nişantaşında “Kalaşnikov” avtomatı ilə hücuma məruz qalıb.

“Bentley” avtomobilində naməlum şəxs tərəfindən öldürülən Əli Əkbər Akgünün cinayət işi Hollandiyaya qədər uzanıb. Akgünün qatilləri oğurluq maşında cinayyəti həyata keçiriblər və o maşın artıq tapılıb. Məlum olub ki, qatillər mobil telefon işlətmir və əlcək taxırlar.

Sədat Şahinin qardaşı Vedat Şahinin qatillərini tapmaq üçün isə 25 nəfərlik dəstə yaradılaraq Hollandiya və Türkiyədə kəşfiyyat aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.