Mərdanovdan əməliyyat: məmur qardaşı narkotiklə tutuldu – Özəl

11-01-2015, 22:34   
Mərdanovdan əməliyyat: məmur qardaşı narkotiklə tutuldu – Özəl
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklə mübarizə çərçivəsində növbəti əməliyyat keçirib.

Axar.az-a verilən özəl məlumata görə, əməliyyat nəticəsində 5 nəfər rayon sakini həbs edilib. Məlumatda bildirilir ki, onların arasında rayonun Dəvəçikənd sakini, 3 saylı məktəbin direktorunun qardaşı Hacəhməd Günəşov da var.

Məlumatda deyilir ki, Şabran sakininin üzərindən satmaq üçün nəzərdə tutulan külli-miqdarda narkotik maddə aşkarlanıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl də Şabran polisi bir neçə belə əməliyyat həyata keçirib.

Xatırladaq ki, rayonun polis rəisi Əli Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.