Şəkidə yay və qış turizminin inkişafı üçün hotellərin sayı artırılır.
Axar.az-a yerli turizm firmalarından verilən xəbərə görə, əvvəlki illərlə müqayisədə rayona turist axını çoxalıb. Avropadan, o cümlədən Asiya ölkələrindən də Şəkiyə gələnlər var.
İş adamları, sahibkarlar tələbatın artdığını görüb hotellərin tikintisini sürətləndiriblər. Rayonda son bir ildə hotel və motel inşası intensiləşib.
Məlumatda Şəkidəki hotellərin əsasən deputat, “AVROMED” şirkətinin təsisçisi Cavanşir Feyziyevə yaxın iş adamlarının himayəsində olduğu deyilir.
Deputatın hotel biznesinin genişləndirilməsində onlara dəstək verdiyi vurğulanır.
Qeyd edək ki, hələ 2006-cı ildə C.Feyziyev iş adamı kimi “Şəki sarayı” hotelini tikdirmişdi. Prezident İlham Əliyev sözügedən hotelin açılış mərasimində iştirak etmişdi.