İran ordusunun generalı İraqda İŞİD-lə döyüş zamanı öldürülüb.
Axar.az xəbər verir ki, "Fars" xəbər agentliyinin məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun komandanlarından olan general Mehdi Nevruzi Samirə şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı həlak olub.
Nevruzinin cənazəsi bu gün Kirmanşah əyalətinə gətiriləcək və orada dəfn olunacaq.
Qeyd edək ki, ötən ay iranlı general Həmid Takavi Samirə şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı həlak olmuşdu.