Rusiyada azərbaycanlı öldürüldü

12-01-2015, 12:24   
Rusiyada azərbaycanlı öldürüldü
İtkin düşən taksi sürücüsünü öldürərək basdırıblar
Rusiyada itkin düşən azərbaycanlının aqibəti bəlli olub. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, ötən ilin dekabr ayının 27-də itkin düşən taksi sürücüsünün öldürüldüyü üzə çıxıb.

48 yaşlı Azərbaycan vətəndaşı olan sürücünü son dəfə dekabrın 27-də səhər saat 9 radələrində görünüb. O, icarə götürdüyü "Honda Solyari" markalı maşınla Sevastopol prospektindəki evindən çıxıb.

Yanvarın 3-də isə onun itkin düşməsi barədə taksinin məxsus olduğu şirkət polisə müraciət edib.

Bu günlərdə isə Rijski vağzalında 23 yaşlı Tacikistan və Özbəkistan vətəndaşları saxlanılıblar. Onlar taksi sürücüsünün itkin düşməsində əlləri olduğunu etiraf ediblər. Saxlanılan şəxslər dekabrın 30-da Puçkova qəsəbəsində Azərbaycan vətəndaşının idarə etdiyi maşına müştəri kimi miniblər. Yolda onun başına travmatik silahla atəş açıb, döyüb və kəmərlə boğublar. Meyiti isə adıçəkilən qəsəbə yaxınlığında basdırıblar.

Saxlanılanlar yanvar ayının 4-də də eyni şirkətə məxsus başqa maşının sürücüsünü qətlə yetirdiklərini də etiraf ediblər.

Polis sürücülərin ancaq qarət məqsədilə öldürülmədiyini güman edir. Onların qətlini rəqib şirkətin sifariş verə biləcəyi istisna deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.