“Bir-iki mahnı oxuya bilər, amma mənim qızım yüz faiz müğənni olmayacaq”.
Ailem.az-ın xəbərinə görə, bunu “Onlar” verilişinə açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib. Müğənni deyib ki, qızının səsi ola bilər, ancaq müğənni olmayacaq: “Müğənnilik çox çətin peşədir. Müğənni ev xanımı ola bilmir. Aysunun atası da musiqiçidir”.
Rəqsanə onu da deyib ki, qızının yarım saatına 50 min manat versələr, müğənnilik etməsinə icazə verə bilər.