Maşında qucaqlanan bəy avtomobili aşırdı
Ağstafa rayonunda öz nişanından çıxan oğlan ölüb. Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gün baş verib.
Aşağı Kəsəmən kənd sakini, 26 yaşlı Elçin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü - nişanı olan oğlan hadisə yerindəcə ölüb.
Maşında olan 3 nəfər isə yaralanıb. Bunlar 25 yaşlı Emin Pənahov və Tərlan Hüseynli, 19 yaşlı Qara Məmmədovdur. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
İlkin məlumata görə, qəzaya səbəb gənclərin ehtiyatsızlığı olub. Belə ki, arxa oturacaqda oturanlardan biri maşını idarə edən bəyi qucaqlayıb, öpmək istəyib. Bu zaman E.Məmmədov idarəetməni itirib və qəza baş verib.
ANS PRESS