Sabiq rektor Elşad Abdullayevin Dubaydakı əmlakı batıb.
Axar.az-ın əldə etdiyi xəbərə görə, fəaliyyətinə 2010-cu ildə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru daşınmaz əmlak bazarında kapitalını itirib.
ABU fəaliyyətdə olduğu dövrdə ali məktəbin Birləşmiş Ərəb Əmirliyində filialı açılmışdı. Bu filialın yaradılmasında məqsəd sabiq rektorun Dubayda biznes imkanlarını genişləndirmək idi. Xəbərə görə, E.Abdullayevin bu şəhərdəki əmlakları artıq əlindən çıxıb. Universitetin bağlanması BƏƏ filialının da sonu olub və keçmiş rektor Fransaya köçməklə varidatını itirib.
Qeyd edək ki, ABU tələbələrinin hüquqlarının müdafiəsi komitəsi var. Fəaliyyət göstərdiyi dövr ərzində bu komitəyə ABU-nun mindən artıq tələbəsi və onların valideyinləri müraciət edib, 100-ə yaxın şəxs qanunsuzluq törətmiş rektora qarşı ciddi tədbirlərin görülməsini tələb edən ərizə verib. Ərizələr üzrə toplanmış izahat və digər sənədlər aidiyyəti üzrə araşdırma aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.