Demet Akalını İtaliyaya aparıb
Rza Zərrabın yeni aldığı 58 milyon dollarlıq təyyarəsi ilə ilk səyahətinə çıxıb. O özü ilə birlikdə ilk sərnişinlərini də səfərə aparıb.
Ebru Gündəşin həyat yoldaşı Rza Zərrab Demet Akalın və əri Okan Kurtu İtaliyaya aparıb.
Onlar lüks təyyarənin ilk sərnişinləri olublar.
Gündəş və Akalın həyat yoldaşları ilə Milan başda olmaqla, bir çox şəhəri gəzib, alış-veriş ediblər.
Müğənni qadınlar iş adamları olan həyat yoldaşları ilə səfərlərini ötən gün başa vuraraq İstanbula geri qayıdıblar.
Xatırladaq ki, Rza Zarrab "Gulfstream G550" model təyyarəsini bir necə gün öncə alıb.
ANS PRESS