Fransada 17 nəfərin ölümünə səbəb olan qanlı hücumlara etiraz etmək üçün Parisdə təşkil edilən Cümhuriyyət yürüşündə iştirak edən hökumət liderlərindən biri də Danimarka Baş naziri Hel Torninq-Şmit olub.
Axar.az xəbər verir ki, xanım baş nazir yürüşdən əvvəl digər liderlər kimi birinci Eliz sarayına gəlib. Elə "bədbəxt hadisə" də xanım nazirin başına bu məqamda gəlib. Saraydan çıxarkən pilləkəndən yıxılan baş nazirin köməyinə yanındakılar gəlib.
Xatırladaq ki, bu, Eliz sarayında Danimarka Baş naziri Torninq-Şmitin başına gələn ilk hadisə deyil. 2012-ci ilin dekabrında fransız həmkarı Jan-Mark Airoltla görüş zamanı sarayın girişində onun ayaqqabısı ayağından çıxmışdı.