Fransada terror hücumuna məruz qalan "Charlie Hebdo” jurnalının yaxın zamanlarda işıq üzü görəcək nömrəsində yenidən Məhəmməd peyğəmbərin karikaturasını dərc edəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalın vəkili Rişar Malka məlumat verib: “Geri çəkilməyəcəyik, əks halda bütün bunlar heç bir məna daşımayacaq”.
O bildirib ki, dinləri tənqid etməyə haqqımız çatır, çünki burada xüsusi heç bir şey yoxdur: “Yəhudini yəhudi olduğu, müsəlmanı müsəlman olduğu, xristinaı xristian olduğu üçün tənqid etməyə haqqımız yoxdur. Lakin biz xristianlıq, iudaizm və islamla bağlı nə gəldi, ən iyrənc şeylər belə danışa bilərik və edirik də.
Jurnal yanvarın 14-də 1 milyon tirajla (jurnalın ənənəvi tirajı 60 mindir) satışa çıxarılacaq. Vəkilin sözlərinə görə, hazırda jurnalistlər yeni nömrə üzərində işləyirlər, bu gün axşama doğru jurnalın üz qabığı da müəyyən ediləcək.