“Bank Respublika”nın uğursuz yatırımı - Şirkətin biznesi sürətlə əriyir

1-10-2024, 11:31   



“Bakı Sığorta” şirkətinin biznesi kiçilməkdə davam edir. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, sığorta şirkəti bu ilin ilk səkkiz ayında 1,49 milyon manat sığorta haqqı toplayıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə və ya 2,23 milyon manat azdır. 

2023-cü ilin yanvar- avqust aylarında sığorta şirkəti 3,7 milyon manat sığorta haqqı toplaya bilmişdi.  vakansiya

Bu dövrdə “Bakı Sığorta”nın sığorta ödənişləri də azalmağa başlayıb. Şirkətin ödənişləri ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk səkkiz ayında 33% və ya 600 min manat azalaraq 1,22 milyon manata enib. Yığımların ödənişlərə nisbətən daha kəskin azalması sığorta şirkətinin zərərliliyinə mənfi təsir edib. 

Belə ki, “Bakı Sığorta” 2023-ci ilin ilk səkkiz ayında topladığı hər 100 manatdan 49 manatını ödənişə yönəltmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 82 manata qədər artıb. 

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun səhmlərinin 93,32%-i “Bank Respublika”ya, 6,68%-i isə “Ekolizinq” MMC-yə aiddir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.