ABŞ ordusundan və Federal Təhqiqatlar Bürosundan (FTB) istefa vermiş general dövlət sirlərini sevgilisinə açmaqda günahlandırılır.
Musavat.com-un məlumatına görə, Ədliyyə Nazirliyinin prokurorları Devid Petreus haqqında belə bir iddia qaldırıb.
Qeyd edək ki, general 2012-ci ildə bioqrafiyasını yazan Paula Brodvellə eşq əlaqələri üzə çıxdıqdan sonra istefa verib. General qeyri-qanuni eşq yaşadığını etiraf edib.
Qeyd edək ki, D.Petreus İraqda xidmət edib və Türkiyəli kommandosların başına çuval keçirilməsi əməliyyatı onun rəhbərliyi altında baş tutub.