Bakıda çörəkdən taxta çıxdı (FOTO)

12-01-2015, 16:16   

Şikayətçi şikayətini bildirmək üçün əlaqə vasitələri tapmır
Bakıda çörəyin içindən taxta parçası çıxıb.

ANS PRESS-in məlumatına görə, "Sağlam Qida Co" MMC-nin "Baton Bakı Sadə" adı ilə istehsal etdiyi çörəyin içindən taxta çıxıb.

Belə ki, vətəndaşlardan birinin ANS PRESS-ə göndərdiyi şəkillərdə dükandan alınan çörəyin içindən taxta çıxdığı aydın görünür. Bundan başqa, çörək həm də kiflənmiş olub.

Vəziyyəti belə görən vətəndaşlar şikayət etmək istəsələr də, çörəyin qablaşdırmasının üstündə heç bir əlaqə nömrəsi olmadığından bu da mümkün olmayıb. Qablaşdırmanın üzərində göstərilən internet sayt da aktiv deyil.

Həmin şəkilləri oxuculara təqdim edirik:




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.