Xalq artisti Məleykə Əsədova “Düzünü desək” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, valideyn itkisindən danışan xalq artisti göz yaşı töküb:
“Anam xəstə idi, anamı itirməyə hazırlaşarkən atamı itirdik. Cavan qızlar idik. Allaha şükür edirəm ki, ayağa qalxdıq. Anamı da infarkt vurdu. Səhərlər dəniz qırağına gedib Allaha dua edirdim. İnanırdım ki, suyun yanında dua edəndə Allah tez eşidir. Anam ondan sonra 1 il 9 ay yaşadı. Anamın istəyi ilə ailə qurdum. Anam mənim evimdə vəfat etmədi, bacımgildə rəhmətə getdi. Anamın vəziyyəti pisləşəndə verilişdə idim, mənə zəng edib söz demək istəyirmiş. Amma bilmədim ki, mənə nə deyəcəkdi. Özümü bağışlaya bilmirəm. Anamdan sonra tək qaldım. Evdə anamın, atamın ruhu ilə danışıram. Bir gecə ağlayıb dedim ki, ana, bəs deyirdin, ailə qursan, tək qalmayacaqsan. Səhər bacım zəng etdi ki, anam yuxuma girib deyir ki, o qızı niyə tək qoymusan. Mən ruhların olmasına inanıram”.qafqazinfo.