Azərbaycanlılar üçün əcəl zəngi – Axın başlayır

12-01-2015, 16:30   

Rusiyada yaşayan azərbaycanlıların böyük köçü bu yaxınlarda reallaşa bilər.

Axar.az xənbər verir ki, yanvarın 10-da rəsmi Moskvanın qəbul etdiyi qanun yaxın vaxtlarda həmvətənlərimizin bu ölkə ilə birdəfəlik vidalaşması ilə nəticələnə bilər.

APA-nın məlumatına görə, əcnəbi vətəndaşlar Rusiyada qalma qaydasını pozsalar, 10 il bu ölkəyə daxil ola bilməyəcəklər. Qüvvəyə minən Rusiya Federasiyası Miqrasiya Qanunvericiliyində edilən dəyişikliklərə əsasən, Rusiya ərazisində qalmaq üçün təyin olunan 180 gün (6 ay) müddətini pozan xarici vətəndaşın 5 il ölkəyə girişi yasaqlanacaq. İcazə müddətini 280 gündən çox pozan şəxs isə 10 il müddətinə deportasiya olunacaq.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən Rusiyada miqrantların əmək fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanuna edilən dəyişikliklər də qüvvəyə minib. Qanuna görə, xarici vətəndaş Rusiyada işləmək üçün əmək patenti almalıdır. İşləmək məqsədi ilə gələn əcnəbi Rusiya ərazisinə daxil olarkən, ölkəyə gəlişinin məqsədini göstərməlidir. Bundan sonra isə o, 1 ay müddətində əmək patentini əldə edə bilər. O cumlədən xarici vətəndaş rus dili və tarixindən imtahan verməlidir.

Bu qanunun qüvvəyə minməsindən sonra Rusiyaya gələn miqrantların sayında azalma baş verib.

Bildirək ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, ölkənin ağır iqtisadi şərtlər altında yaşaması onsuz da müflis olan azərbaycanlıların bu ölkəni tərk etməsi üçün zəmin yaratmışdı. Yaşamaq və işləmək qaydalarının daha da sərtləşdirilməsi ilə yeni köçün astanasında olduğumuzu deyə bilərik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.