Aparıcı verliş boyu göz yaşlarına hakim ola bilmədi

12-01-2015, 17:16   
Aparıcı verliş boyu göz yaşlarına hakim ola bilmədi
Aparıcı Günay Firudinqızı “Düzünü desək” verilişində göz yaşlarını saxlaya bilməyib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, canlı yayımda valideynə sevgini müzakirə edən aparıcı qonaqların fikirlərinə qulaq asıb və ağlamağa başlayıb.

Qonaqlardan biri olan müğənni Mətanət Əsədovanın “Sizin valideynləriniz sağdır. Niyə bu qədər ağlayırsınız” sualına Günay belə cavab verib:

"Gecə çox düşündüm, bu mövzunu müzakirə edim, ya yox? Heç kim məndən xahiş etməyib ki, bunu müzakirəyə çıxarım. İnsan anasını, atasını sevməlidir ki, vətənini də sevsin. Elə düşünməyin ki, valideyn yalnız onu itirənlər üçün dəyərlidir. Burada özümü nümunəvi biri kimi göstərmək istəmirəm. Hər gün işdən çıxandan sonra nə tədbirlərə, nə də kimlərləsə oturmağa gedirəm. Mən işdən sonra evə, valideynlərimin yanına gedirəm. Onlarla oturmaq mənə daha xoşdur".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.