6 erməninin öldürülməsi rəsmən təsdiqləndi - Foto/Yeniləndi

12-01-2015, 21:15   

14:11

Ermənistanın Gümrü rayonunun Şirak vilayətində bir ailənin 6 üzvü güllələnib.

Axar.az xəbər verir ki, onlar aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.

Öldürülənlərdən birinin uşaq olduğu açıqlanıb.

İlkin məlumatlara görə, qətli Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasının hərbçisi törədib.

16:31

Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü qətlə yetirən rus hərbçisinin adı məlum olub.

Ermənistan mətbuatının məlumatına görə, cinayəti Valeri Permyakov adlı rus hərbçisi olub.

Hadisə yerinə baxış keçirilən zaman avtomat, boş gilizlər və sərbçi çəkməsi tapılıb.

Hazırda Valeri Permyakovun tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Qətlin səbəbi məlum deyil.


20:56

Rusiya Müdafiə Nazirliyi Gümrü hərbi bazasından hərbçinin qaçması faktını təsdiqləyib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, hərbçi silah və sursatla Rusiyanın Ermənistandakı bazasından fərarilik edib.

Hadisəni araşdırmaq üçün Rusiya müdafiə nazirinin birinci müavini Arkadi Baxinin başçılıq etdiyi xüsusi komissiya hadisə yerinə göndərilib.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.