Cəbhə xəttindəki atışma zamanı Ermənistan ordusunun bir əsgəri yaralanıb.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
“Bu gün - yanvarın 12-də saat 16 radələrində Ermənistan ordusunun hərbi hissələrindən birinin hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Misak Armenoviç Akopyan atışma zamanı güllə yarası alıb” deyə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.