Uşağın nəfəs borusuna daxil olan hava onun ağciyərini zədələyib
Türkiyədə şarın partlaması nəticəsində 5 aylıq uşaq ölüb.
ANS PRESS-in məlumatına görə, 25 yaşlı Didar Kırpınar oynaması üçün şarı 5 aylıq qızı Eylul Duruya verərək yemək hazırlamaq üçün mətbəxə gedib. Kiçik qız əlindəki şar partlaması nəticəsində ölüb. Anası qayıdanda qızının hərəkətsiz olduğunu görüb, təcili onu xəstəxanaya çatdırsa da həkimlər körpənin öldüyünü bildirirlər.
İlkin ehtimallara görə, şarın partlaması nəticəsində uşağın nəfəs borusuna daxil olan hava onun ağciyərini zədələyib.
Eylul Duru gənc ailəin tək uşağı olub.