Qusarın Hiloba kəndində 21 yaşlı gəlin itkin düşüb.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə yanvarın 1-dən 2-ə keçən gecə baş verib.
Belə ki, Güləsər Malik qızı Səlimova həmin gün öz mobil nömrəsini ərinin telefonuna salaraq danışıb. Daha sonra nömrəsini bu telefondan çıxarıb. Bu tarixdən sonra o yoxa çıxıb.
Həyat yoldaşı telefonunu açanda naməlum nömrədən mesaj gəldiyini görüb. Mesajda isə "səni Çoban qəsəbəsinin kruqunda gözləyirəm" yazılıb.
Qeyd edək ki, Qusar rayonunda Çoban yaşayış qəsəbəsidir.
İtkin düşən gəlinin qoşulub qaçdığı və ya qaçırıldığı hələ məlum deyil.
Ailəsi hadisə haqqında Qusar Polis şöbəsinə məlumat verib. Faktla bağlı araşdırma aparılır.