Azərbaycanın Cəlilabad rayonunda anomal hadisə baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. Kənd sakini Zahir Şahbazova məxsus fərdi təsərrüfatdakı inəklərdən biri 2 başı, 7 ayağı və 2 quyruğu olan buzov doğub.
Buzovun həmçinin 3 bədənli olması, eləcə də cinsiyyətinin yoxluğu diqqət çəkən məqamlardan olub. Buzov doğulandan cəmi bir neçə dəqiqə sonra ölüb.
Anomal hadisə təkcə inəyin sahibi Zahir Şahbazovu deyil, eləcə də mütəxəssisləri heyrətləndirib. Onlar belə bir hadisə ilə ilk dəfə rastlaşdıqlarını bildiriblər.
Təsərrüfat sahibi Zahir Şahbazovun dediyinə görə, inək bundan əvvəl 3 bala verib və onların hamısı sağlam doğulub.
Mütəxəssislər isə dölün belə anormal inkişaf etməsini heyvanların öz törəmələrindən olan əks cinslə cütləşməsi ilə əlaqələndiriblər.