Suyun dadı dəyişdi, dəhşət ortaya çıxdı (FOTO)

13-01-2015, 17:45   
Suyun dadı dəyişdi, dəhşət ortaya çıxdı (FOTO)
Bir il öncə itən aktrisanın cəsədi şəhərin su anbarından tapıldı
Meksikada tükürpədici hadisənin üstü açılıb. ANS PRESS-in məlumatına görə, bir il öncə itkin düşən 27 yaşlı qızın cəsədi tapılıb.

Aktrisa və manikenlik edən Karmen Yarira Esparzanın cansız bedeni Mexikonu su ilə təmin edən su anbarlarından birində tapılıb. Bu anbar şəhərin 50 bölgəsini su ilə təmin edir.

Aktrisa ən son keçən il idman salonundan çıxarkən görülmüşdü. Bundan sonra ondan bir daha xəbər alınmayıb.

Polis araşdırmalardan sonra qadının insan alveri ilə məşğul olan dəstələrin qubanı ola biləcəyini istisna edilmirdi. Gənc qadının ailəsi uzun müddət onun evi geri qayıtmasını gözləyib. Daha sonra sosial mediyada qruplar yaradılıb və onun axtarışı aparılıb.
Lakin bundan da heç bir nəticə əldə edilməyib.

Qadının cəsədinin ortaya çıxması isə qəribə bir təsadüflə mümkün olub. Belə ki, yüzlərlə insan içməli sularının dadının dəyişdiyini və iy gəldiyini hiss ediblər. Şikayətlərdən sonra anbara baxış keçirilib və qadının çürüməyə başlayan cəsədi tapılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.