İŞİD-in qolu Azərbaycana çatdı

13-01-2015, 18:50   
İŞİD-in qolu Azərbaycana çatdı
Terror təşkilatının yeni döyüşçü hovuzu Azərbaycan olub

Region İŞİD terror təşkilatının Türkiyə, Orta Şərq, Avropa və Rusiyadan sonra yeni döyüşçü hovuzu Azərbaycan olub.

ANS PRESS-in məlumatına görə, bütün beynəlxalq səylərə baxmayaraq İraq və Suriyada ələ keçirdiyi ərazilərdən geri çəkilməmək üçün müqavimət göstərən İŞİD özünə döyüşçü tapmaqda çətinlik çəkmir.

İŞİD son aylarda Azərbaycanda fəaliyyətlərini artırıb. Qanlı təşkilat toruna saldığı insanlardan evli olanları həyat yoldaşları ilə birlikdə təlimlərdən keçirib Suriya və İraqda müharibəyə göndərir. İŞİD geri qayıtmaq istəyənləri isə həbs olunmaqla hədələyir. Terror təşkilatı qayıtmalarına icazə verdikləri şəxsləri isə Ukranyaya göndərir.

Almaniya Təhlükəsizlik Xidmətinin rəhbəri Hans-Georq Maassen isə İŞİD-lə bağlı açıqlama verib. O bildirib ki, Türkiyə radikal qrupların Suriyaya keçidini əngəlləmək üçün daha çox tədbir görməlidir:

"Radikal islamçıların 90%-i Suriyaya Türkiyə üzərindən gedir. Bu səbəbdən Türkiyə strateji mövqeyə sahibdir. Radikal qrupların Suriyaya keçməsinin qarşısının alınması üçün göstərilən səylər qismən uğurludur. Amma buna baxmayaraq Suriyaya keçənlərin sayı xeyli yüksəkdir. Almaniyadan ən az 550 nəfər Suriya və İraqa gedərək, radikal qrupların tərkibində vuruşur".

Son araşdırmalara görə, İŞİD-ə qatılmaq üçün dünyanın dörd bir yanından insanlar Suriyaya gəlirlər. Dünya miqyasında İŞİD-ə hərbiçi göndərən ölkələrin sayı artıq 124-ə çatıb. Ümumilikdə isə terror təşkilatının dəstələrinə 15 mindən çox xarici vətəndaş qoşulub.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.