Bakı metrosunda qorxunc hadisə: Qatar azyaşlı oğlanı sürüklədi - VİDEO
13-01-2015, 19:28
Bu gün axşam saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında olduqca təhlükəli insident yaşanıb.
Belə ki, 8-9 yaşlarında bir oğlan uşağı metro qatarının altında qalıb. Naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənib.
Həyatı təhlükə altında qalan uşağın anasının fəryadı sərnişinlərin diqqətini baş verən hadisəyə cəlb edib.
Metropolitenin əməkdaşlarının və polisin səyləri nəticəsində qatarın hərəkətini durdurmaq mümkün olub və uşaq xilas edilib. Xoşbəxtlikdən azyaşlı uşaq sağ qalıb, heç bir bədən xəsarəti almayıb.
Qeyd edək ki, qəribə də olsa, hadisəni izləyən “Yeni Müsavat”ın əməkdaşları - Xalidə Gərayeva və Cavanşir Abbaslı Metropoliten polisi tərəfindən müvəqqəti olaraq, saxlanılıblar. Polislər təxminən 15-20 dəqiqə ərzində "Yeni Müsavat"ın əməkdaşların baş verən bu hadisə ilə bağlı aparılan videogörüntüləri almağa çalışıblar.
Ancaq daha sonra sərbəst buraxılan əməkdaşlarımız bu xoşagəlməz hadisənin videogörüntülərini xilas edə biliblər.
Aşağıda həmin videogörüntüləri diqqətinizə çatdırırıq.