[img]http://anaxeber.info/uploads/posts/2015-10/1444076899_con-kerri.jpg[/img Suriyada hava zərbələri həyata keçirən Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozmasına ABŞ dövlət katibi Con Kerri sensasiyalı sayıla biləcək açıqlama ilə münasibət bildirib. Kerri deyib ki, Türkiyə öz hüququnda istifadə edərək Rusiya təyyarəsini vura bilərdi.
Dövlət katibi bu hadisəyə görə həddən artıq əndişələndiyini diqqətə çatdırıb və “Türkiyə qarşılıq vermək haqqından istifadə edərək Rusiya təyyarəsini vura bilərdi. Bu, tamamilə bizim qabaqcadan xəbərdar etdiyimiz məsələdir”, – deyə bildirib.