Hacı İbrahim ona qoyulan qadağadan danışdı

17-10-2015, 16:53   
Hacı İbrahim ona qoyulan qadağadan danışdı

“Bandotdel”in saxladığı digər biznesmenlər kimi mənim də, xaricə çıxışıma qadağa qoyulub. Ancaq həmin qadağanın nə zaman aradan qaldırılacağı barədə bizə məlumat verilmir. Yalnız Azərbaycandan xaricə getmək istədiyimiz zaman bizə bildirilir ki, siz Azərbaycan sərhədlərini tərk edə bilməzsiniz”.

Bunu ANS PRESS-ə açıqlamasında adı qalmaqallarda hallanan biznesmen Hacı İbrahim Nehrəmli deyib.

Onun sözlərinə görə, məhz buna görə də, Çin Xalq Respublikasından “Xəzər Adaları” layihəsinə cəlb etdiyi iş adamları ilə görüşə bilməyib: “Mən layihəyə pul yatıracaq biznesmenlərlə görüşmək və orada ortaq şirkət qurmaq üçün Çinə getmək istəyərkən məlum oldu ki, xaricə çıxa bilmərəm. Ona görə də Londonda təhsil alıb qayıdan 21 yaşlı oğlum Hüseynə vəkalətnamə verdim ki, məni orada təmsil eləsin. Ancaq işlər yekunlaşdığı zaman qadağa aradan qalxsa özüm son müqaviləni imzalamaq üçün gedəcəm”.


Nehrəmli həmçinin işçilərinin maaşını verə bilməməsinə də aydınlıq gətirib və deyib ki, bu həqiqi məlumatdır: “Mənim şirkətlərimdə hazırda 5 min işçi çalışır. Son iki ayda həmin işçilərin maaşlarında problem yaranıb. Buna da səbəb maddi sıxıntılara düşməyimdir. İşçilər isə səbr edə bilmədi. Onlardan elələri var ki, 300 manata görə bütün bu narahatçılıqlara səbəb olur. Lakin yaxın zamanlarda, daha doğrusu gələn həftənin sonuna qədər bütün işçilərin məvacibləri ödənəcək”.

İş adam “Avesta Konserni”nin məhkəməyə verilməsi məsələsini cavablandırarkən isə bildirib ki, belə bir məsələ var, lakin səbəbləri ilə heç maraqlanmayıb.

Hacı İbrahim gələn ilin yanvar ayından başlayaraq “Xəzər Adaları” layihəsinin yenidən fəaliyyətə başlayacağını və bununçün 25 min nəfər işçini ilin əvvəlindən işə götürəcəyini də əlavə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.