DİN-in Daxili Təhqiqatlar İdarəsinin nəzərinə: Ağcabədi polisində xaos durum hökm sürür!

24-10-2015, 17:10   

Bir neçə gün öncə Milli Təhlükəsizlik Nazirliyində baş verən qanun pozuntuları haqlı olaraq ictimai qınağa səbəb oldu. Artıq hüquqi dövlət və demokratik cəmiyyət uruculuğu aparılan bir məmləkətin hüquq-mühafizə orqanlarında yaşanılan bu rəzalət təbii olaraq ölkə başçısının iradəsi ilə durduruldu və günahkar olanlar dövlətimizin ali məhkəmə ədaləti qarşısına çıxarılması üçün dəmir barmaqlıqlar arxasına salındı. Bildiyimiz kimi, uzun illərdən bəri Azərbaycan polisi respublikamızın müstəqilliyinin möhkəmləndirilməsi, vətəndaşların asayışını və ictimai təhlükəsizliyini çox şərəflə qotumaqdadır. Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkoniki Cənab Ramil Usubovun yorulmaz və təqdirəlayiq xidmətləri sayəsində bu sahə durmadan tərəqqiyə doğru addımlamaqdadır. Cənab nazirin bu fəaliyyəti milli dövlətçiliyimizin kontision quruluşunun qorunması ilə yanaşı həm də əsas qayəsi insanların dövlət tərəfindən tanınan hüquq və haqlarının pozulmasına qarşı mübarizə aparmasıdır. Elə bu kimi səbəblərə görə də ictimai rəydə Azərbaycan polisi çox yüksək reputasiyaya malik olaraq qəbul olunur və sevilir… Bəzən hansısa bir polis əməkdaşının yol verdiyi nöqsan aşkarlandığı halda isə dərhal DİN rəhbərliyi tərəfindən ciddi ölçü götürülməsinin də şahidi oluruq. Bu gün sizlərə bəhs edəcəyimiz mövzu da Ağcabədi Polis Şöbəsində yaşanılan bir qanun pozuntusuna işıq salmaqdan ibarət olacaqdır. Xeberci.tv saytına göndərilən şikayət məktubunda bir qrup rayon sakini Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsində çalışan bir müstəntiq tərəfindən icraatında olan cinayət işi ilə bağlı obyektiv araşdırmadığını ittiham etmələridir. Belə ki, Məmmədova Səadət Şahməmməd qızı ayrı-ayrı vətəndaşlardan dələduzluq yolu ilə pullarını alaraq aldatması faktı ilə cinayət işi açılsa da müstəntiq İskəndərov Yaşar Şirin oğlu ilə “dil tapması” səbəbindən həbs olunmamış, zərərçəkənlərə qarşı bir sıra mənəvi və psixoloji təzyiqlər etməklə, onlara “onsuz da pulunuz batacaq, polis mənim tərəfimdədir” kimi ifadələr işlətməklə, Azərbaycan polisinin bu bölgədə olan fəaliyyətinə kolgə salınmağa cəhd edilir. Bu yerdə bu sual meydana çıxmaya bilmir, şikayətçilər qismində müraciət etmiş Eliyaz Qədimovu, Sahibə Cəfərovanı,İsmihan Əkbərovu, Nicat Qədimovu, Dilafət Ağamalıyevi, Əli Əmrastanovu, Tamara Əliyevanı və Rübabə adlı başqa bir vətəndaşı(şikayət məktubunda sonuncunun soy adı qeyd olunmayıb-red) dələduzluq edərək aldatmaqla təxminən ümumilikdə 100.000 manatdan çox(?) maddi ziyan vurmuş həmin şəxsin hələ də cinayət məsuliyyətinə cəlb olunmamaqla barəsində həbs-qətiimkan tədbirinin seçilməməsi vətəndaşların da söylədiyi kimi, müstəntiqlə təqsirləndilirlənin “dil tapması” firkiri qətiləşdirir. Həftə sonu olduğu üçün məsələ ilə bağlı olaraq DİN-in rəsmi şəxslərinin mövqeyini öyrənə bilmədik. Dərc etdiyimiz materialla əlaqədar olaraq Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsi və Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsi tərəfindən müstəntiq barəsində ciddi ölçü götürülməsinin, eyni zamanda ayrı-ayrı vətəndaşları aldatmaqla onlara qarşı dələduzluq hərəkətləri etmiş Sədaqət Şahmar qızı Məmmədovanın həbs edilməsinin şahidi olacağımıza güman edirik. Mövzuya qayıdacağıq…



Nəsimi Zahidoğlu



Xeberci.tv
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.