Ziya Məmmədovun restoranı satışa çıxarılıb - fotolar
24-11-2015, 12:20
Nəqliyyat naziri Ziya Məmmədova məxsus restoran satışa çıxarılıb. Bu barədə istiqlal.az-a məlumatlı mənbələrdən xəbər daxil olub.
Mənbənin sözlərinə görə, restoran təzə Avtovagzal ilə üzbəüz 10 sotun icində tikilib. Obyekt xususi zövq və dizaynla təmir olunub. Umumi sahəsi 700 kvadrat metrdir. Restoranın 3 boyuk zalı, 3 kabineti , həyətdə 4 kabineti və acıq verandası var.
Restoranın satışa çıxarılması ilə bağlı elan daşınmaz əmlakın alqı-satqısı üzrə ixtisaslaşan shop.az saytında yerləşdirilib.