"Yuqaqro" beynəlxalq sərgidə iştirak etmək üçün Rusiyanın Krasnodar şəhərinə gələn 26 türk iş adamı polis tərəfindən saxlanılıb.
Bu barədə "Anadolu" agentliyi məlumat verib.
Məlumata əsasən, türkiyəli sahibkarlar pasport yoxlama zamanı polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər pisləşib.
Trend.az